Ölkə 16:11 23.04.2019

Yeni xəbər kanalının lisenziyası bu şirkətə verildi

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması ilə bağlı elan etdiyi müsabiqənin nəticəsi açıqlanıb.

Qaynarinfo xəbər verir ki, nəticələrə əsasən, müsabiqənin qalibi hazırda fəaliyyətdə olan -"Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV) olub.

Beləliklə, MTRŞ Real TV-yə yerüstü yayım üçün lisenziya verib.