Yeni Zellandiyada məscidə təşkil edilən hücumda 40 nəfər ölüb, 20 nəfər yaralanıb.
 
Qaynarinfo xəbər verir ki, polis hadisədə şübhəli bilinən 4 nəfəri həbs edib. Hücumun motivi hələ də qeyri-müəyyəndir.
 
***09.13 
Yeni Zellandiyanın Kraystçörç şəhərində yerləşən 2 məscidə terror hücumu təşkil edilib.

Qaynarinfo xəbər verir ki, silahlı hücum 27 nəfərin ölümü, 50-yə yaxın insanın yaralanması ilə nəticələnib. Hadisə zamanı məsciddə təxminən 300 nəfər ibadət edib. Hücumu təşkil edən şəxslərdən birinin 30-40 yaşlı, ağ dərili, hərbçi formasında olduğu bildirilir.

Terror hadisəsi sosial şəbəkədə canlı yayımlanıb. Həmin şəxs adının Brenton Tarrant olduğunu bildirib.

Gülşən