Video 17:21 28.02.2020

Yer Kürəsinin ətrafında mini Ay tapıldı (VİDEO)

Astronomlar son 3 ildir Yer kürəsinin ətrafında fırlanan yeni bir peyk müəyyən ediblər.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, avtomobil böyüklüyündə olan göy cisminin Yerin ikinci Ayı adlandırılır. 3,5 metr diametri olan peyk NASA-nın Katalina Skay Sörvey layihəsi çərçivəsində aşkarlanıb. Yeni göy cisminin Yerin cazibə qüvvəsinin təsiri altında orbidə daxil olan astroid olduğu düşünülür. Ona 2020 CD3 adı verilib.

Astroidin orbitdə nə qədər qalacağı hələlik məlum deyil. Qısa müddət sonra yenidən ayrılaraq Günəşə doğru hərəkət edə biləcəyi qeyd olunur.

2020 CD3 astronomiya tarixində Yerin peyki olan ikinci göy cismidir.

Qeyd edək ki, ilk dəfə 2006-cı ildə RH120 adlı layihə çərçivəsində də orbitə daxil olan astroid müəyyən edilmişdi və 1 ildən az müddətdə orbitdə qalmışdı.

Camal