Foto 09:10 20.02.2021

Yevlaxda 108 yaşlı qadın peyvənd olundu (FOTOLAR)

Azərbaycanda daha bir uzun ömürlü qadın koronavirusa qarşı peyvənd edilib.

"Report"un məlumatına görə, Yevlax rayon Qoyunbinəsi kənd sakini, 1913-cü il təvəllüdlü Növrəstə Məmişova COVID-19 əleyhinə peyvənd olunub.

O, peyvənddən sonra səhhətində problemin yaranmadığını, özünü yaxşı hiss etdiyini deyib.

Qeyd edək ki, Yevlaxda COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri davam etdirilir.