İdman 11:12 25.01.2022

Yığmamız İraqla qarşılaşacaq

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yanvarın 29-dan fevralın 9-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı olacaq.
 
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandamız hazırlıq çərçivəsində üç yoxlama oyunu keçirəcək. Millimiz fevralın 2-də İraqın U-19, fevralın 6-də "Rukh”un (Lvov, Ukrayna), fevralın 8-də isə "Antalyaspor”un əvəzdici komandaları ilə qarşılaşacaq.
 
Təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
 
N.
 SOYADI / ADI
KLUB
1
Həsənov Sahib
Keşlə
2
Nəzərli Kamil
Qəbələ
3
Kazımlı Rəvan
Neftçi
4
Rüstəmov Emin
Səbail
5
 Xeyrullayev Fariz
Neftçi
6
Ramazanov İbrahim
Qəbələ
7
Ağayev Samir
Qəbələ
8
Bagiev Sadiq
Kuban (Rusiya)
9
Musayev Nurlan
Neftçi
10
Səfərli Fərid
Neftçi
11
Tağızadə Nikita
Stroqino (Rusiya)
12
Süleymanlı Ayxan
Sumqayıt
13
Abbasov Rüfət
Neftçi
14
Quliyev Bahadur
Neftçi
15
Axundzadə Nəriman
Qarabağ
16
Əliyev Xəyal
Sabah
17
Səfərov Qurban
Keşlə
18
Məmmədov Raul
Sabah
19
Quliyev Nicat
Sabah
20
Ağayarov İbrahim
Qarabağ
21
 Əbilov Elcan
Neftçi
22
Qurbanov Kamal
Hammarby (İsveç)
23
Ağayev Mahmud
Zirə
24
Kərimov Cavad
Kəpəz
25
Əliyev Məhəmməd
Sabah
26
 Salyanskiy Ağadadaş
Neftçi
27
Bilsel Ege
Antalyaspor (Türkiyə)
 
Səbuhi Həsənov