İdman 15:55 17.01.2022

Yığmamız Macarıstanda 14 medal qazandı

Azərbaycan Kapoeyra Federasiyasının yığma komandası 14-16 yanvar tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçirilən beynəlxalq turnirdə iştirak edib.
 
Federasiyadan Qaynarinfo-ya verilən məlumata görə turnirə 16 idmançı ilə qatılan komandamız 14 medal qazanıb. Bu nəticəyə əsasən yığmamız ən çox medal qazanan komandalar içərisində 2-ci yerə layiq görülüb.
 
Uşaq kateqoriyalarında Fəxri Məmmədəlizadə, Cavidan Pənahlı, Şəms Rəhimzadə birinci yeri tutublar. Qabil Vəliyev, Rəsul Muradlı, Maksim Okolokulak, Əli Məmmədli ikinci, Kənan Abdullayev, Cavadxan Məmmədzadə isə üçüncü olublar.

Böyüklər kateqoriyasında Fərid Allahverdiyev (82 kq) qalib gəlib. Oxçu Şahmuradovla (+82 kq) Xuraman Ramazanova (+60 kq) ikinci, Fərid Səlimovla (-70 kq) Elsevər Heydərov (82 kq) üçüncü yeri tutublar.

Bundan əlavə yarışda 3 beynəlxalq hakim baş məşqçi Elgiz Əlizadə, Oxçu Şahmuradov və Zahid Rüstəmbəyov ölkəmizi təmsil edib. 
 
Səbuhi Həsənov