Ölkə 18:37 28.01.2018

Yol polisi ilə sürücü arasında insident

Bakının mərkəzində yol-hərəkət qaydalarını pozan sürücü ilə polis arasında insident baş verib.

Qaynarinfo lent.az-a istinadən bildirir ki, Hüseynov Afiq Eldar oğlu adlı sürücü "Mercedes" markalı  02 BL 348 dövlət qeydiyyat nişanlı avtomobillə Ü.Hacıbəyov küçəsi 44-ünvanın qarşısında dayanma durma qaydasını pozub. Bu səbədən yol polisi inspektoru ona cərimə protokolu yazıb. Cərimələndiyini görən sürücü səs-küy salaraq protokolun yazılması qarşılığında avtomobilini yandıracağı ilə hədələyib. Əraziyə post-patrul xidməti əməkdaşları gələndən sonra sürücü sakitləşdirilib və o, fikrindən vaz keçib.