Ekonomiks 18:20 14.12.2018

Yol tikintisinə 2.82 milyon manat ayrıldı

Prezident İlham Əliyev Kürdəmir rayonunun Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı dltı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 2,82 milyon manatını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayırıb.