Sağlamlıq 18:12 10.01.2022

Yoluxmaya son! - Fin alimləri COVID-ə qarşı möcüzəli sprey hazırladı

Finlandiyada koronavirusa qarşı spreyin kütləvi istehsalı başlaya bilər.

Qaynarinfo xarici mətbuata istinadla xəbər verir ki, Helsinki Universitetindən virusoloq Anna Makela infeksiyanın insan orqanizminə daxil olmasının qarşısını ala bilən TriSb92 adlı zülal molekulunu kəşf edib. O, SARS-CoV-2-nin sünbül zülallarını bloklayır və bir neçə saat ərzində infeksiyadan qoruyur - burun mukozasına sprey tətbiq etmək kifayətdir.

Qeyd olunur ki, siçanlar üzərində aparılan təcrübələr zamanı eksperimental sprey çox təsirli olub. Bunula belə həmin sprey peyvəndlər kimi xəstəliyin gedişatını asanlaşdırmır, lakin xəstəlik riskini aradan qaldırır. Belə bir vasitənin çatışmayan cəhəti yalnız qısa fəaliyyət müddətidir.

Makelin sözlərinə görə, belə bir sprey peyvənd ehtiyacını aradan qaldırmayacaq, lakin kütləvi tədbirlərə məhdudiyyətlərin qarşısını almağa kömək edə bilər.
 
Alpər