Bakıda Masazır qəsəbəsinin girişində qəza baş verib.
 
Qaynarinfo avtosfer.az-a istinadən xəbər verir ki, qəsəbənin girişində 90  KB 841 dövlət nömrə nişanlı avtomobil YPX avtomobilinin qapısını əzir. Avtomobil hərəkətdə olarkən yolun kənarında dayanan YPX avtomobilindən düşmək istəyən inspektor qapını açır. Bu zaman hərəkətdə olan maşın avtomobilin qapısına çırpılır.
 
Bütün bu görüntülər motosiklet sürən baykerin kaskasındakı kameraya düşüb.