Sənət 12:52 08.07.2016

YUĞ-dan daha bir maraqlı tamaşa gəlir - FOTOLAR

7 iyul saat 19.00-da YUĞ Dövlət Teatrında “Medeya. Sekvensiya 001” tamaşasına ictimai baxış keçiriləcək.

"Qaynarinfo.Az"-ın verdiyi xəbərə görə, Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyevadır. 

Apokrifik etiraf janrında hazırlanan tamaşada Yuğ Teatrının sənətçiləri, Azərbaycan Respublikasının Əməkdar artistləri Sonaxanım Mikayılova və Gülzar Qurbanova çıxış edirlər.

Ömrü boyu Medeyanı oynamaq arzusunda olan yaşlı aktrisa, teatrın iş günü olmayan vaxtında, boş teatrda öz arzusunu gerçəkləşdirmək cəhdində bulunur. Tamaşa Medeyanı oynamağa cəhd eləyən iki aktrisa arasında  olan dialoq üzərində qurulub: biri - uşaqlarını öldürməmişdən öncə, o biri - öldürdükdən sonra.

“Medeya. Sekvensiya 001” – aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.

Tamaşanın xronometrajı 1 saat 15 dəqiqədir.

Qaynarinfo.Az