Sənət 17:27 11.01.2022

“Yuğ” teatrı buaykı repertuarını açıqlayıb

Azərbaycan Dövlət "Yuğ” Teatrı bu ay tamaşaçılar üçün maraqlı repertuar hazırlayıb.

Qaynarinfo xəbər verir ki, yanvarın 15-də "Təklif", 16-da "Vəsvəsə", 22-də isə "Mənəm, mən..." tamaşaları nümayiş olunacaq.

Bundan başqa, yanvarın 23-də "Quş dili", 29-da "Təklif" tamaşaları göstəriləcək.

Tamaşalar A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 2-ci mərtəbəsində yerləşən səhnədə nümayiş olunacaq.

Biletləri Kukla Teatrının kassasından əldə etmək olar.