Dünya 13:20 20.10.2020

Yunan admiralı: “Ərdoğanın müharibə istədiyinə inanmıram”

Yunanıstanın keçmiş dəniz qüvvələri komandirlərindən olan təqaüdçü donanma admiralı Andonis Andonyadis Türkiyənin "Oruc Rəis” seysmik araşdırma gəmisini Şərqi Aralıq dənizinə göndərməsini "çox ağıllı və əhəmiyyətli bir addım” olaraq xarakterizə edib.


Qaynarinfoxəbər verir ki, Andonyadis Open TV-yə verdiyi açıqlamada "Türkiyənin, Prezident Ərdoğanın müharibə istədiyinə inanmıram. "Oruc Rəis” Şərqi Aralıq dənizində beynəlxalq sularda üzür. 6 millik Yunanıstan ərazi sularına girmədiyi müddətcə hüquqlarımızı pozmur", - deyib.


Andonyadis Türkiyənin çox ağıllı və əhəmiyyətli hərəkət etdiyini bildirib:


"Ərdoğan nəyin ölkəsinin xeyrinə olduğuna inanırsa, onu edir. İki ölkə arasında dəniz sərhədləri müəyyənləşdirildiyi vaxt, mən o nöqtədə axtarış işləri apardığını deyə biləcək. Türkiyə bölgəni işarələyərək gələcəyə sərmayə qoyur. Etməli olduğumuz şey 1-2 seysmik tədqiqat gəmisini icarəyə götürərək bölgəni işarələməkdir".

 

Alpər