Dünya 10:58 05.06.2020

Yunanıstan müdafiə naziri: “Türkiyəyə qarşı hərbi əməliyyata hazırıq”

Yunanıstanın Milli Müdafiə Naziri Nikos Panayotopoulos ölkəsinin suveren hüquqlarını qorumaq üçün hər şey etməyə, o cümlədən təxribat halında Türkiyəyə qarşı hərbi əməliyyatlar keçirməyə hazır olduğunu bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Star TV kanalına nazirlikdən məlumat verilib.

O qeyd edib ki, Müdafiə Nazirliyi son vaxtlar Türkiyə tərəfinin təxribatlarının artımını qeydə alıb. "Türkiyənin davranışı son vaxtlar olduqca aqressivdir", - nazir deyib. Onun sözlərinə görə, bu cür hərəkətlərin öhdəsindən gəlmək üçün bütün diplomatik silahlardan istifadə etmək və ya Silahlı Qüvvələrin gücləndirilməsini təmin etmək lazımdır.

Yunanıstanın münaqişənin hərbi yolla həllinə hazırlığı barədə suala isə Panayotopoulos belə cavab verib: "Məhz belədir!"

Bundan əvvəl, Türkiyənin "Rəsmi qəzet”i Yunanıstan adaları yaxınlığında bir ərazidə dövlətin Türk neft şirkəti tərəfindən karbohidrogen ehtiyatlarını öyrənmək və istehsal etmək lisenziyası üçün müraciətləri dərc etmiş, bu da Yunanıstan XİN-in narazılığına səbəb olmuşdu.
 
Alpər