Dünya 16:46 24.07.2018

Yunanıstanda ölü sayı 60-a çatdı, 3 günlük yas elan edildi

Yunanıstanda davam edən meşə yanğınlarında ölənlərin sayı 60 nəfərə çatıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, yaralıların sayının 156 nəfər olduğu bildirilir. Fövqəladə vəziyyətin tətbiq edildiyi ölkədə 3 günlük yas elan edilib. 

Qeyd edək ki, ölü sayının artacağı təxmin edilir. Yanğın bölgələrinə çox sayda yanğınsöndürən və xilasetmə qrupu cəlb edilib. 

Gülşən