İdman 10:43 02.04.2020

Yurgen Klopp "Liverpul"dan ayrıla bilər

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Almaniya millisinin baş məşqçisi ola bilər. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. 
 
Xəbərə görə, Almaniya milli komandası hazırkı baş məşqçi Yoahim Lövün əvəzinə Kloppu əsas namizəd kimi nəzərdən keçirir.

Bunu nəzərə alan klub Kloppu saxlamaq üçün ciddi tədbirlər görməli olacaq. Hərçənd, Almaniyalı mütəxəssis yığmaya mümkün təyinatını karyerasının məntiqli inkişafı kimi qarşılayır.

Qeyd edək ki, 53 yaşlı baş məşqçi 2015-ci ilin oktyabrından rəhbərlik etdiyi klubla ötən ilin payızında müqaviləsini 2024-cü ilədək uzadıb.