İdman 15:43 17.05.2019

"Yuventus"da Alleqri dönəmi bitdi

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri növbəti mövsümdən etibarən komandanın başında olmayacaq.

Turin klubu saytı vasitəsilə bu barədə məlumat yayıb. Təşəbbüsün kim tərəfindən irəli sürüldüyü barədə informasiya yoxdu.

Sabah Alleqri və klubun idarə heyətinin sədri Andrea Anyellinin mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, 51 yaşlı mütəxəssis 2014-cü ildən bəri "Yuventus"u çalışdırırdı. Onun rəhbərliyi altında "ağ-qaralar" 5 dəfə İtaliya A Seriyasının, 4 dəfə İtaliya Kubokunun, 2 dəfə isə ölkə Superkubokunun qalibi olub. Həmçinin Alleqrinin "Yuventus"u 2 dəfə Çempionlar Liqasının finalına kimi irəliləyib.