Məşhur azərbaycanlı K-1 ustası Zabit Səmədov növbəti ay Yaponiyanın ən məşhur kikbosçusu Makato Uehara ilə super döyüşə çıxacaq.
"Report"un məlumatına görə, bu ilin dekabrın 29-da Tokio şəhərində baş tutacaq döyüş artıq indidən K-1 yarışlarını izləyənlərin diqqət mərkəzinə düşüb. Qeyd edək ki, Makoto Uehara qara kəmər ustası, ağır çəkidə dəfələrlə K-1 yarışlarının iştirakçısıdır. O Yaponiyanın yerli yarışlarından bir çoxunda qalib gəlib.
Xüsusi qeyd edək ki, M.Uehara karyerası ərzində K-1 yarışmasında Las Veqas çempionu Stefan Leko və Cənubi Koreyanin taekvondo millisinin üzvü Yanq Su Park üzərində qələbə çalıb. “Mauqli” ləqəbli məşhur azərbaycanlı Zabit Səmədov isə sonuncu döyüşünü oktyabrın 16-da Dubay şəhərində “Global Fighting Championship” (GFC) adlı turnirdə keçirib. O iranlı döyüşçü Cafar Ahmadiyə qarşı çətin keçən döyüşdə xal hesabı ilə qalib gəlib.
Qaynar.info
Şərhlər