Ölkə 20:17 27.03.2018

Zakir Həsənov ABŞ səfiri ilə vidalaşdı

Martın 27-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə fəaliyyət müddəti başa çatan ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.

Qaynarinfo Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Virtualaz.org xatırladır ki, 2014-cü ilin dekabr ayından ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışan R.Sekuta bir neçə gün əvvəl Bakını martın sonunda tərk edəcəyini bildirmişdi.