Ölkə 12:48 27.04.2016

Zakir Həsənov cəbhə bölgəsində mobil səhra hospitallardan birində olub - FOTOLAR

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada fəaliyyət göstərən mobil səhra hospitalların birində olub və həkimlərlə görüşüb.

Qaynarinfo.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev nüdafiə nazirinə görülən işlər haqqında məlumat verib.

Bildirilib ki, müharibə şəraitində ixtisaslaşdırılmış cərrahi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalları ən müasir tibbi avadanlıqla tam təmin olunub.

Sonda mobil səhra hospitalında yaradılan tibbi şəraitlə tanış olan general-polkovnik Z.Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib.

Qaynarinfo.az