Ölkə 13:22 06.02.2018

Zakir Zeynalovun oğlu Türkiyədə vəfat etdi

2000-ci ildə Milli Məclis spikerinin müavini və parlamentin Hüququ-Siyasəti və Dövlət Quruculuğu komissiyasının sədri olan, mərhum Zakir Zeynalovun oğlu Adil Zeynalov dünyasını dəyişib.

Qaynarinfo "qafqazinfo”ya istinadən xəbər verir ki, o, 4 ildir əziyyət çəkdiyi ağır xəstəlikdən vəfat edib. A. Zeynalovun nəşi bu gün Türkiyədən Azərbaycana gətirilib. 

Qeyd edək ki, A. Zeynalova 2014-cü ildən "Mila Displastik sindrom” diaqnozu qoyulub. O, Türkiyənin "Florence Nightinale” xəstəxanasında müalicə alırdı. 

Xatırladaq ki, mərhum spiker müavininin oğlu Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.