Video 23:06 16.12.2021

Zamiq Hüseynov “Əvəzsizim” adlı mahnıya çəkdirdiyi klipini təqdim etdi (VİDEO)

Müğənni Zamiq Hüseynov "Əvəzsizim” adlı mahnıya çəkdirdiyi klipini tamaşaçılara təqdim edib. 

Bəstənin sözləri Orxan Qarabasmaya, aranjimanı Samir Şirinova, musiqisi isə Zamiqin özünə məxsusdur. Süjet xətti iki gəncin isti sevgi münasibətindən bəhs edən ekran işi Quba şəhərində lentə alınıb. Zamiq bu dəfə klipinin rejissorluğunu Emin Muradova həvalə edib.