Foto 17:49 20.08.2020

“Zamiqi öpüb bağrıma basıram...” – Anar Nağılbazın anası

"Anarın bütün mahnılarını Zamiq oxusun”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Anar Nağılbazın anası müğənni Zamiq Hüseynovun bir neçə gün öncə mərhum reper Anar Nağılbazın "Mən səni sevirəm” mahnısını ifa edərək yeni təqdim etdiyi klipindən danışarkən deyib. 

Şərqiyyə xanım bu jestinə görə Zamiqə təşəkkür edərək, ünvanına xoş sözlər göndərib: 

"Zamiqi öpüb bağrıma basıram. İfasını hədsiz çox bəyəndim. Ümumiyyətlə, onun bütün mahnılarını sevərək dinləyirəm. Anarın mahnısını oxuyub. Elə bildim ki, mənə dünyanı bağışladı. Xahis edirəm, bundan sonra da Anarın bütün mahnılarını elə Zamiq oxusun. Allah onu xoşbəxt eləsin. Çox sağ olun ki, Anarı yad edirsiz”.