Ölkə 22:03 27.01.2022

Zaqatalada 22 yaşlı oğlan itkin düşdü (FOTO)

Zaqatala gənc oğlan itkin düşüb.

Qaynarinfo xəbər verir ki, Zaqatala şəhər sakini, Telman Mahmudov rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək oğlu, 2000-ci il təvəllüdlü Qurban Mahmudovun yanvarın 21-i yaşadığı ünvandan çıxıb getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Onu görənlərdən polisə məlumat vermələri xahiş olunur.