Foto 20:23 10.08.2019

Zaqatalada zəlzələ nəticəsində bir evin divarı uçdu (FOTOLAR)

Bu gün Zaqatala rayonunda baş verən zəlzələ nəticəsində Zaqatala rayonu Maqov kənd sakini Vaqif Əzizova məxsus fərdi yaşayış evinin divarında çatlar yaranıb, həyətdə tikilmiş hasar qismən uçub.

Qaynarinfo xəbər verir ki, bu barədə APA-ya kənd bələdiyyəsinin sədri Şamsu Orucova məlumat verib.

Maqov kəndinin daha bir sakini Davudov Mamed Avakar oğlunun isə evinin divarının bir hissəsi uçub.

Rayon Fövqəladə Hallar Komisiyasının üzvləri hadisə yerində olub, evlərə baxış keçiriblər.

Qeyd edək ki, bu gün Zaqatala rayonunda zəlzələ olub. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib.