Ölkə 16:01 10.08.2019

Zaqataladakı zəlzələdən sonra 5 nəfər xəstəxanalıq oldu

Səhər saatlarında Zaqatalada baş vermiş zəlzələ ilə bağlı Zaqatala MR Xəstəxanasına 5 nəfər müraciət edib. 

"Qafqazinfo"nun məlumatına görə, onlardan ikisi - Göyəm kənd sakini 1992-ci il təvəllüdlü Osmanova Ayşə Hacıməmməd qızıHüseynova Hürüney Ramazan qızı yüngül travma, üçü isə - şəhər sakinləri 1987-ci il təvəllüdlü Hüseyinova Saqibət Mayis qızı, 1960-cı il təvəllüdlü Pirəliyeva Sürəyya Cuma qızı və 1990-cı il təvəllüdlü Məmmədova Gülnarə Əli qızı stress, həyəcan və qorxu əlamətləri ilə daxil olub.

Xəstələrə tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.