İdman 09:30 30.09.2019

Zaur Axundovdan istefa açıqlaması

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov istefa verəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Qaynarinfo Report.az-a xəbər verir ki, qurum rəhbəri yayılan məlumatı təkzib edib.
 
"Bunlar yalan xəbərlərdir. İşimizi davam etdiririk. Oktyabrın sonu möhtəşəm turnir var. Bunlar hamısı kiminsə uydurmasıdır", - deyə Axundov bildirib.