Maqazin 11:09 07.10.2017

Zaurun sualı əməkdar artisti özündən çıxartdı: "Sən nə danışırsan?..."

Dünən Xəzər telekanalında Zaur Kamalın verilişinin qonaqlarından biri əməkdar artist Zöhrə Abdullayeva olub.

"Qaynarinfo" milli.az-a istinadən xəbər verir ki, xanım sənətçi Zaurun "Eşitdiyimə görə demisiniz ki, həyat yoldaşım məni döyürdü. Toydan evə gec gəldiyinizə görə?" sualına səsini ucaldaraq cavab verməsi ilə diqqət çəkib.

Əməkdar atistin aparıcıya cavabı belə olub:

"Sən nə danışırsan?! O, sağ olanda mən qapıdan bayıra çıxa bilməmişəm. Nə toy? O, rəhmətə gedəndən sonra mən müğənni oldum. O, məni incitmirdi, mən onu qısqanırdım. Çox yaraşıqlı idi". 

Qaynarinfo.Az