Maqazin 17:10 15.05.2015

Zaurun verilişi bağlanır? - VİDEO

Azad Azərbaycan Telekanalında yayımlanan “Öz Aramızda” verilişi bağlanır. 

“Qafqazinfo”nun məlumatına görə, bu barədə bu gün veriliş başlayan ilk dəqiqələrdə aparıcı Zaur Baxşəliyev də anons verib. Aparıcı bunları söyləyib: “Bir ildən çox bu verilişi izləyən tamaşaçılarım! Bunu sizə hörmətsizlik kimi qəbul etməyin. Bu mənim yox rəhbərliyin qərarıdır. Bir az sonra nə baş verdiyini sizə açıqlayacam”. 

Daha sonra aktrisa Fatma Mahmudova da Zaura mürciət edərək deyi: “Sən bu verilişdən getmə, veriliş bağlanmasın”...

Qeyd edək ki, ötən gün verilişin canlı yayımında müğənni Rəqsanənin özündən getməsi sosial şəbəkələrdə və KİV-lərdə səs-küy yaradıb. Müğənni və aparıcının reytinq üçün bu addımı atdıqları müzakirə olundu. Veriliş başlayanda da bu hadisə müzakirə olunub və müğənninin dünən həqiqətən vəziyyətinin pis olduğu deyilib.

Qaynar.info