Dünya 12:20 01.09.2018

Zaxarçenko Kobzonun yas mərasimində öldürülüb

Ötən gün öldürülən separatçı Donetsk Respublikasının lideri Aleksander Zaxarçenkonun qətli ilə bağlı yeni məlumat yayılıb.

Qaynarinfo xəbər verir ki, "Kommersant.ru" Zaxarçenkonun ötən günlərdə dünyasını dəyişən rusiyalı müğənni İosif Kobzonun yas mərasimində iştirak üçün gəlib və öldürülüb. Kobzon Donetskdə dünyaya gəlib və hər iki şəxsin yaxın münasibətləri olub.

Qeyd edək ki, ötən gün yas mərasiminin keçirildiyi "Separ" kafesində baş verən partlayışda Zaxarçenko qətlə yetirilib.

Gülşən