Dünya 17:38 16.11.2018

Zayn Malik İslamdan imtina etdi

"One Direction" qrupunun sabiq üzvlərindən olan Zayn Malik artıq müsəlman olmadığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Vogue jurnalına danışan Malik artıq özünü müsəlman adlandırmadığını və digər başqa dinə də sitayiş etməyini deyib:
"Müəyyən ayinlər icra edilmiş ətin yeyilməsinə, eyni dildə gündə 5 dəfə ibadət edilməsinə inanmıram. Əgər yaxşı insansınızsa, hər şey sizin üçün yaxşı olacaq".

Müğənni həmçinin İslamın gündəlik ibadət tələblərinə də əməl etmədiyini açıqlayıb. 

Qeyd edək ki, Zayn Malikin atası pakistanlı, anası isə ingilis və irland əsillidir. 

Gülşən