Dünya 20:44 09.12.2018

Özbək polislər rüşvət almayacaqlar: Qurana əl basdılar

Hakimiyyət orqanları bu yolla Özbəkistanda prezident Şavkat Mirziyoyevun təsdiq etdiyi "Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Proqramı" yerinə yetirirlər

Özbəkistanın Daşkənd vilayətinin Yukoriçirçik rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları ictimaiyyət qarşısında rüşvət almayacaqlarına dair Qurana and içiblər.

Sputnik Azərbaycan "Radio Ozodlik"ə istinadən xəbər verir ki, hakimiyyət orqanları bu yolla Özbəkistanda prezident Şavkat Mirziyoyevun təsdiq etdiyi "Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Proqramı" yerinə yetirirlər.

Rayonun yerli milisinin sözlərinə görə, tədbirdə rayonun baş imamı da iştirak edib.

Ruhani və növbətçi hissənin inspektoru andiçmə mərasimini şərh etməkdən imtina edib.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!