Sənət 18:36 04.03.2015

Özcan Dənizi məyus edən filmi

Müğənni Özcan Dənizin rejissorluğunu etdiyi “Sevimli təhlükəli” uğursuzluqla qarşılaşıb. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, tamaşaçılar tərəfindən maraqla qarşılanmayan filmi üç həftədə 784 min adam izləyib. 

Filmi 2 milyon tamaşaçının izləyəcəyini gözləyən Dəniz filmin 1 milyondan az izləməsindən məyus olub və filmi sosial şəbəkədə reklam etməyə başlayıb. 

Qeyd edək ki, ssenarisi Özcan Dənizə məxsus filmin baş rollarını  Ayça Ayşin Turan və Şükrü Özyıldız canlandırır.

Qaynar.info