Dünya 19:00 17.09.2020

Zelenski qəti qərarını açıqladı: Ukrayna NATO-ya inteqrasiya edəcək

NATO-ya üzv olmaq Ukraynanın strateji kursudur və bu ölkənin 14 sentyabrda təsdiqlənmiş Milli Təhlükəsizlik Strategiyası ilə təmin edilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Vladimir Zelenski bu gün, 17 sentyabr tarixində Lvov bölgəsində keçirilən "Rapid Trident-2020" çoxmillətli təlimlərin açılışında məlumat verib.

Başqa dövlətlərin liderləri ilə görüşlərdə Donbasdakı müharibənin təkcə Ukraynanı deyil, həm də Avropanın və bütün dünyanın sabitliyini təhdid etməsi haqda daim danışdığını qeyd edib. Bu çağırışa adekvat cavab, onun fikrincə, ölkəsinin Şimali Atlantika blokuna inteqrasiyasıdır.

Zelenskinin sözlərinə görə, Ukraynanın yaxın hədəfi islahatları intensivləşdirməyi zəruri edən NATO Üzvlük Fəaliyyət Planına qoşulmaqdır.

Vladimir Zelenski təlimlərin bütün iştirakçılarına və beynəlxalq tərəfdaşlara Ukraynanın "Rusiya təcavüzünün qarşısını almaqda" və Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin gücləndirilməsində davamlı dəstəyinə görə təşəkkür edib.
 
Alpər