Video 20:19 08.02.2019

Zəlzələ Şamaxıda neçə ev və obyektə ziyan vurub? (VİDEO)

Şamaxıda baş verən zəlzələ nəticəsində rayon ərazisində 1110 ev və obyektə ziyan dəyməsi barədə Şamaxı rayon İcra Hakimiyyətinə müraciət daxil olub.

Bu barədə "Xəzər Xəbər"ə açıqlamasında Şamaxı rayon fövqəladə hallar komisiyasının sədr müavini Rüstəm Əliyev deyib.

Onun sözlərinə görə, daxil olan müraciətlər əsasında 171 evə baxış keçirilib.

Rüstəm Əliyev bildirib ki, kəskin qəzalı evlərin 12-si rayonun mərkəzində, 17-si isə kəndlərdədir: "Evləri dağılan sakinlər qohumlarının mənzillərində müvəqqəti məskunlaşdırılıb. Hazırda komissiyanın araşdırmaları davam etdirilir".

Qeyd edək ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km. cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km. dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.