Ekonomiks 13:00 08.02.2019

Zəlzələdən zərər çəkənlərə nə qədər pul veriləcək? (MƏBLƏĞ)

"Zəlzələdən zərərçəkənlərə sığorta ödənişləri gələn həftədən etibarən verilməyə başlanacaq".

Qaynarinfo xəbər verir ki, bunu "AzSığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Talıbov deyib.

Sədr bildirib ki, hər sığorta halı üçün minimum sığorta ödənişi 1-1,5 min manat, maksimum məbləğ 30 min manat təşkil edəcək. Onun sözlərinə görə, hazırda şirkətə müraciətlərin sayı 70-i keçib.