Ölkə 18:01 12.10.2019

Zərdabın dörd kəndində qaz yoxdur

Bu gün Zərdab rayonunun 4 kəndinin qaz təchizatında fasilə yaranıb.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Zərdab rayonunun Alıcanlı 1, Alıcanlı 2, Çallı, Məlikumudlu kəndlərini təbii qazla təmin edən 160 mm diametrində yeraltı orta təzyiqli qaz kəmərini qazıntı işləri aparılan texnika ilə zədələyiblər. Saat 15:00-dan 4 kənddə xeyli sayda abonentin qaz təminatında fasilə yaranıb.