Siyasət 16:05 26.07.2013

Zərdüşt Əlizadədən Elçibəylə bağlı ŞOK İDDİA

"Elçibəyi də Rusiya hakimiyyətə gətirdi"

Son 100 ildə Azərbaycan xalqı heç vaxt hakimiyyəti dəyişməyib. Həmişə kənar qüvvələrin təsiri olub”.

Qaynar.info-nun məlumatına görə, bunu Bizimyolinfo.com-a politoloq Zərdüşt Əlizadə müsahibəsində deyib. O bildirib ki, Heydər Əliyevi, Kamran Bağırovu və Əbdürrəhman Vəzirovu Moskva təyin etmişdi: "Sonuncunu normal şəkildə istefaya göndərmək olardı, amma heyvan kimi çıxartdılar, yəni yerli mafioz qrupların qarşıdurmalarına şərait yaratdılar. Bununla da 20 Yanvar faciəsindən sonra Vəzirovu birinci katib vəzifəsindən çıxartdılar. Ayaz Mütəllibovu da Rusiya Xocalı faciəsini təşkil etməklə istefaya göndərdi. Mütəllibov vahid komandanlıq məsələsinə razı olmadığından Moskva onu cəzalandırdı. Elçibəyi də Rusiya hakimiyyətə gətirdi. Sizə qəribə gəlməsin, bu belədir. Məgər Kreml bilmirdi ki, Xocalı faciəsini təşkil edəndən sonra Mütəllibov devriləcək və onu əvəz edən qüvvə AXC-dir? Moskva ən mütəşəkkil qüvvənin AXC olduğunu çox gözəl bilirdi. O zaman Rusiyanın Azərbaycanı acınacaqlı duruma salmaq üçün iki yolu vardı: ya Bakını bombalamalıydı, ya da elə dövlət idarəetməsindən xəbəri olmayan qüvvəni hakimiyyətə gətirməliydi. İkinci variantı seçdi, Elçibəy də Azərbaycanı Rusiyanın istədiyi bərbad vəziyyətə saldı, əlbəttə ki, öz komandasıyla, onun yanında çox bacarıqlı diversantlar vardı".

Qaynar.info