Dünya 18:43 02.04.2020

Zərifdən Trampın təhdidlərinə cavab

"İran heç vaxt müharibə başlatmaz, amma bunu edənlərə dərsini verər".

Qaynarinfo xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidneti Donald Trampın təhdidlərinə cavab olaraq rəsmi tvitter hesabında yazıb. O, Ağ Ev rəhbərinin İran haqqında yanlış yönləndirilməyə çalışdığını ifadə edib.

İranı regiondakı yardımçı qüvvələrinin köməyi ilə İraqdakı ABŞ qüvvələrinə qarşı hücum planlaşdırmaqda ittiham edən Trampa cavabında Zərif "heç bir ölkənin milyonlarla yardımçı qüvvəsi olmaz, İranın dostları var" deyə yazıb. O, hilə işlədən, gizlincə sui-qəsd planları hazırlayan ABŞ-ın əksinə İranın yalnız özünü müdafiə etmək üçün hərəkət etdiyini bildirib.
 
Camal