Dünya 11:08 05.02.2018

"Zeytun budağı": 947 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində apardığı anti-terror əməliyyatı nəticəsində öldürülən terrorçuların sayı 947 nəfərə çatıb.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, TSQ-nin verdiyi açıqlamada əməliyyatın 17-ci günündə 12 PKK və İŞİD üzvü öldürüldüyü bildirilir.

Qeyd edək ki, əməliyyat "Zeytun Budağı" adını alıb və TSQ ilə birlikdə Azad Suriya Ordusu hücumlarda iştirak edir.

Gülşən