Dünya 11:12 15.03.2018

"Zeytun Budağı"nda 55-ci gün

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın Afrin şəhərində PKK-PYD və İŞİD terrorçuları əleyhinə həyata keçirilən "Zeytun Budağı" əməliyyatı davam edir.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, 20 yanvarda başlayan və Azad Suriya Ordusunun dəstək verdiyi əməliyyat nəticəsində öldürülən terrorçuların sayı 3524 nəfərə çatıb. 

Afrin şəhər mərkəzi hazırda mühasirədədir. Birliklər şəhər mərkəzinə baxan təpələrdə yerləşib. Nəzarət təmin edilməyən son yaşayış məntəqəsi Mabatlı da TSQ və ASO tərəfindən mühasirəyə alınıb.

Gülşən