Dünya 11:03 17.03.2018

"Zeytun Budağı"nda 57-ci gün

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində həyata keçirdiyi anti-terror "Zeytun Budağı" əməliyyatı davam edir.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, yanvarın 20-də start götürən və PKK-PYD və İŞİD terrorçuları əleyhinə aparılan əməliyyat nəticəsində öldürülən terrorçuların sayı 3567 nəfərə çatıb. 

Afrin şəhər mərkəzi mühasirədədir. Mabatlı yaşayış məntəqəsində nəzarət təmini üçün əməliyyat davam etdirilir. Ötən gün 12 strateji nöqtə terrorçulardan azad edilib.

Gülşən