İdman 18:11 27.09.2013

Zidan "Qalatasaray"a gəlmək istəyir

Fatih Terimin göndərilməsindən sonra bir sıra tanınmış mütəxəssislərlə danışıqlar aparan "Qalatasaray"da bu dəfə dünya futbolunun ulduzu gündəmə gəlib.

Qaynar.info
xəbər verir ki, "Qalatasaray"ın siyahısına Mançini, Di Matteo, Dik Advokat kimi baş məşqçilərlə bərabər əfsanəvi futbolçu, hazırda "Real Madrid"in idman direktoru vəzifəsində çalışan Zinəddin Zidan da salınıb.

Türk mətbuatının yazdığına görə, klub rəhbərliyinə yaxın bir şəxs Zidanın baş məşqçi kimi "Qalatasaray"da işləmək istədiyini bildirib. Həmin şəxsin rəhbərliyə yazdığı mesajda Zidanın "Qalatasaray"dan gələn təklifə müsbət baxacağını  qeyd olunub.

Qaynar.info