İdman 15:35 11.06.2013

Zidan "Real"ın təklifindən imtina etdi

"Real Madrid"in əfsanəvi futbolçusu Zinəddin Zidan klubun prezidenti Florentino Pereslə görüşüb. 

Qaynar.info-nun məlumatına görə, görüş zamanı Peres Zidana klubun idman direktorluğu vəzifəsini təklif edib. Lakin Zidan prezidentin təklifindən imtina edib. 

Oyunçu bildirib ki, o, hələ bu cür vəzifələrə hazır deyil və hazırda məşqçilik karyerası haqqında fikirləşir. 

Qaynar.info