İdman 21:18 09.09.2018

Zidanın yeni klubu müəyyənləşdi: transfer siyahısı hazırdı (İDDİA)

"Mançester Yunayted"ə Joze Mourinyonun yerinə Zinəddin Zidanın gələcəyi haqda xəbərlər dolaşdığı bir məqamda fransız mütəxəssisin hətta transfer siyahısını da hazırladığı bildirilir.
 
Qaynarinfo xəbər verir ki, "Real"ı ardıcıl 3 il Çempionlar Liqasının qalibi edən Zidan, İngiltərə nəhəngini də zirvəyə daşımağı planlaşdırır.
 
"Mirror"un məlumatına görə Zidan "Mançester Yunayted"in baş məşqçisi olacağı təqdirdə rəhbərliyə Xames Rodriges, Edinson Kavani, Toni KroosTyaqo Alkantaranın adı olan bir siyahı təqdim edəcək.
 
Son dönəmlərdə Mourinyo mətbuat konfranslarındakı davranışları və komandanın çıxışı səbəbilə tez-tez tənqidlərə məruz qalır.
 
"Qırmızı Şeytanlar" bu mövsüm meydana çıxdığı 4 matçın 2-də məğlub olub.