İdman 14:18 04.02.2018

Zinəddin Zidan: "Bu oyun iyrənc idi"

"Biz oyuna nəzarət edirdik, xüsusilə də, birinci hissədə. İkinci hissədə ikinci qolu vurduq və qələbəyə aparan nəticəni qoruyub saxlamalı idik, lakin bunu etmədik və iki xal itirdik. Bu o deməkdi ki, biz daha çox işləməliyik, lakin bütün bunlar məni narahat edir. Rəqibin qapıya yaxınlaşmaq üçün 4 fürsəti oldu və onlardan ikisini istifadə etdi".

Qaynarinfo xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan La Liqanın XXII turunda "Levante" ilə keçirilən oyundan (2:2) sonra deyib. Fransalı mütəxəssis oyunu "iyrənc" adlandırıb.

"Mən həmişə deyəcəyəm ki, La Liqada hələ heç nə bitməyib. Hələ çox xallar oynanılacaq, biz oyuna nəzarət etdiyimiz halda, iki xal itirdik. Ardıcıl üçüncü qələbəni qazanmalı idik, amma bu alınmadı. Bu oyunu bir sözlə necə ifadə edə bilərəm? İyrənc" deyə Zidan əlavə edib.

Aydın