"Zirə" keçmiş futbolçusunu geri qaytardı

"Zirə" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Qaynarinfo xəbər verir ki, paytaxt təmsilçisi sabiq hücumçusu Riçard Qadzeni transfer edib. 25 yaşlı qanalı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Riçard Qadze daha əvvəl 2017-ci ilin yanvarından 2018-ci ilin iyununa kimi "Zirə"nin formasını geyinib. Forvard son olaraq Rumıniyanın "Voluntari" klubunda çıxış edib 

XƏBƏRLƏR
BLOGLAR