İdman 19:53 31.10.2020

"Zirə" yenə qələbə qazana bilmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, günün ikinci qarşılaşmasında "Zirə" "Səbail"i qəbul edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. "Qartallar" ardıcıl 3-cü görüşdə qələbə qazana bilməyib.

Bu nəticədən sonra xalını 12-yə çatdıran meydan sahibləri 3-cü sıradakı mövqeyini qoruyub. Bir oyun az keçirən "dənizçilər" isə 6-cı xalını qazanıb. Turnir cədvəlində özü ilə eyni xala malik "Sabah"ı qabaqlayan komanda 7-ci yerə yüksəlib.

Masazır təmsilçisi isə günün ilk oyununda "Qəbələ"yə səfərdə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, tura sabah keçiriləcək "Sumqayıt" - "Neftçi" və "Qarabağ" - "Keşlə" oyunları ilə yekun vurulacaq.