Ölkə 13:50 06.02.2014

Ziya Məmmədov jurnalistin zənginə əsəbiləşdi

Nəqliyyat naziri Ziya Məmmədov qardaşını işdən çıxarması xəbərinin kütləviləşməsinə əsəbiləşib.

Belə ki, o, "Unikal" qəzeti əməkdaşının nazirin bu addımının səbəbini öyrənmək istəyən əməkdaşına sərt cavab verib.

Həmin dialoqu təqdim edirik:

- Alo, salam, Ziya müəllim...

- Salam. Kimdir danışan?

- Ziya müəllim, Sizi "Unikal" qəzetindən narahat edirik, bir mövzuyla bağlı...

- Eşidirəm

- Bu gün qardaşınız Nəriman Məmmədovun işdən azad olunması xəbəri yayılıb, bununla bağlı fikirlərinizi öyrənmək istərdik...

- Əvvəla, qardaşımı işdən azad eləməmişəm, onun vəzifəsini dəyişmişəm, bunların sizə dəxli var?

- Deyilənə görə, o, Dövlət Dəmir Yolunda işlədiyi dövrdə də işində verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılmışdı, bu gün də...

- Kişini işdən də çıxardarlar, yeni işə də qoyarlar, kişinin işdə nöqsanları da olar... Bunun sizə nə dəxli... Mənim bu nömrəmə niyə zəng eləmisiniz?

- Ziya müəllim, Sizlə başqa heç cür əlaqə saxlamaq olmur axı.

- Daha bu nömrəyə zəng eləməyin!

Qaynar.info