Ölkə 17:18 13.05.2019

Ziya Məmmədovun qardaşı prorektor təyin olundu

Milli Məclisin sabiq deputatı Elton Məmmədov Azərbaycan Texniki Universitetin strateji inkişaf məsələləri üzrə prorektoru təyin olunub.
 
Qaynarinfo xəbər  verir ki, bunu AzEdu.az-a açıqlamasında ATU-nun  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev deyib.

"Elton Məmmədov uzun müddətdir ki, Azərbaycan Texniki Universitetində çalışır. Bir saat əvvəl  rektor əvəzləyicisi professor Xalıq Yahudov Elton Məmmədovu  Azərbaycan Texniki Universitetinin strateji inkişaf üzrə prorektoru təyin edib”.